AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT: Enerji bazarlarındakı gərginlik və İranla müharibə riski milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoya bilər

  • + A
  • - A
  • Dünən, 21:51

    BMT: Enerji bazarlarındakı gərginlik və İranla müharibə riski milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoya bilər


    BMT: Enerji bazarlarındakı gərginlik və İranla müharibə riski milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoya bilər

    BMT enerji bazarlarındakı gərginliyin və İran ətrafında mümkün hərbi eskalasiyanın qlobal ərzaq təhlükəsizliyinə ciddi təhdid yaratdığını bildirib.

    Romada yerləşən Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) prezidenti Alvaro Lario bildirib ki, yanacaq, gübrə və ərzaq qiymətlərinin artması nəticəsində daha milyonlarla insan aclıq həddinə çata bilər.

    Bəyanat BMT-nin qlobal ərzaq təhlükəsizliyi ilə bağlı yeni hesabatının dərc olunmasından sonra verilib. Hesabatda qeyd olunur ki, son illərdə dünyada aclığın səviyyəsində cüzi azalma müşahidə olunsa da, 2030-cu ilə qədər 500 milyondan çox insanın xroniki qida çatışmazlığından əziyyət çəkəcəyi proqnozlaşdırılır. Bu yükün əsas hissəsinin Afrika ölkələrinin üzərinə düşəcəyi bildirilir.

    Alvaro Lario vurğulayıb ki, silahlı münaqişələr qlobal aclığın azaldılması yolunda əsas maneələrdən biridir. Onun sözlərinə görə, müharibələr və geosiyasi gərginlik dəniz daşımalarını, enerji daşıyıcılarının və kənd təsərrüfatı üçün zəruri resursların tədarükünü pozur. Bu isə ərzaq istehsalı və paylanmasının bütün mərhələlərində xərclərin artmasına səbəb olur.

    IFAD rəhbəri qeyd edib ki, aclıq və silahlı münaqişələr bir-birini daha da gücləndirərək çıxılması çətin olan təhlükəli dövrə yaradır.

    BMT həmçinin bildirir ki, enerji daşıyıcılarının bahalaşması artıq gübrələrin və ümumilikdə kənd təsərrüfatı istehsalının maya dəyərinə ciddi təsir göstərir. Xüsusilə dizel yanacağından asılı olan kiçik fermer təsərrüfatları bu vəziyyətdən daha çox zərər görür. Yanacağın bahalaşması suvarma sistemlərinin işlədilməsi, məhsulun yığılması və bazarlara çatdırılması xərclərini artıraraq ərzaq qiymətlərinin daha da yüksəlməsinə səbəb olur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR