AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Evdə günlərlə tək qalan körpənin son durumu

  • + A
  • - A
  • 27-03-2025, 18:30

    Evdə günlərlə tək qalan körpənin son durumu

    Bir neçə gün əvvəl valideyninin evdə tək qoyduğu körpənin müalicəsi Bakıda davam etdirilir, vəziyyəti ağırdır.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, 2024-cü il təvəllüdlü azyaşlı martın 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub.

    Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir.

    Xatırladaq ki, polislər martın 17-si saat 21:20 radələrində 2024-cü il təvəllüdlü azyaşlını Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edib. Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik, ağır dərəcəli inkişaf etaplarının ləngiməsi diaqnozları təyin edilib və zəruri tibbi yardımlar göstərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR