AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Samuxda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

  • + A
  • - A
  • 10-05-2025, 11:17

    Samuxda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib


    Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Samux rayonunun Ziyadlı kəndində, Kür yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.

    Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkil etdiyi tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivl, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

    Aksiya çərçivəsində simvolik olaraq 102 ədəd şam və çinar ağacı əkilib. Əkilmiş ağacların suvarılması məqsədilə əraziyə müasir damcı suvarma sistemi çəkilib. Eyni zamanda əvvəlki illərdə salınmış yaşıllıqlara və gül kollarına aqrotexniki qulluq göstərilib.

    Bu təşəbbüs həm Ulu Öndərin əziz xatirəsinə ehtiramın ifadəsi, həm də ekoloji mühitin qorunmasına töhfə kimi qiymətləndirilir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR