Masallı rayonunun Qızılavar kəndində yerləşən Tuva Tibb Mərkəzi, millət vəkili Məşhur Məmmədov və Ərkivan Xeyriyyə Cəmiyyəti humanist təşəbbüsə imza atıb. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilən xeyriyyə aksiyası çərçivəsində uşaqlar ödənişsiz sünnət edilib. Azadmedia.az xəbər verir ki, aksiya cəmiyyətin ən həssas təbəqələri – şəhid və qazi ailələrini və aztəminatlı ailələrin övladlarını əhatə edib.
İkisi şəhid, üçü qazi övladı olmaqla ümumilikdə 62 uşaq üçün Sünnət aksiyası keçirilib.
Bu əlamətdar gün uşaqlar üçün sadəcə bir tibbi prosedur deyil, eyni zamanda unudulmaz bayrama çevrilib. Tuva Tibb Mərkəzinin peşəkar və fədakar cərrahları bu məsuliyyətli işi tam təmənnasız və yüksək insani dəyərlə yerinə yetiriblər. Ailələrin üzündəki razılıq, uşaqların gözlərindəki sevinc bu xeyirxahlığın ən gözəl göstəricisi oldu.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününüdə baş tutan tədbirdə millət vəkili Məşhur Məmmədov, YAP Masallı rayonun təşkilatının sədri Seyfəddin Əliyev, Tuva Tibb Mərkəzinin rəhbəri Mirmehdi Mircavadzadə, Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov çıxış edərək uşaqları bayramları və onların təyatında yaddaqalan bir hadisəyə çevriləcək gün münasibətilə təbrik etdilər.
Bu təşəbbüs bir daha sübut etdi ki, Masallı xeyriyyəçilik ruhunun, birlik və həmrəyliyin hökm sürdüyü bir bölgədir. Son illər rayonda sosial yönümlü tədbirlərin artması, xüsusilə uşaqlara, aztəminatlı ailələrə və şəhid ailələrinə diqqətin yüksəlməsi bu istiqamətdə formalaşmış ictimai mədəniyyətin bariz nümunəsidir.
Hər həftə sonunu seçiciləri ilə görüşlərə, müxtəlif sosial tədbirlərə həsr edən 74 saylı Masallı şəhər seçki dairəsinin deputatı Məşhur Məmmədov da bu aksiyada fəal iştirak edib. Uşaqlar üçün təşkil edilən bu bayramın ruhuna uyğun olaraq, millət vəkili onların hər birini 1 İyun Uşaqların Beynəlxalq Günü münasibətilə müvafiq hədiyyələrlə sevindirib.
Özünün də qeyd etdiyi kimu, uşaqlar bizim gələcəyimizdir. Onların sağlam və xoşbəxt böyüməsi üçün atılan hər bir addım çox qiymətlidir. Cəmiyyət olaraq belə təşəbbüsləri dəstəkləmək bizim borcumuzdur.
Deputatın təşəbbüsü ilə təqdim edilən hədiyyələr, sadəcə maddi yardım deyil, bir diqqət və qayğının, uşaqlara verilən dəyərin təcəssümüdür. Ailələrin və valideynlərin minnətdarlığı, “biz unudulmamışıq” mesajı bu günün mənəvi yükünü daha da artırdı.
Unutmayaq ki, uşaqlar cəmiyyətin gələcəyidir. Onların sağlam, xoşbəxt və layiqli böyüməsi hər birimizin məsuliyyətidir. Bu baxımdan Masallıda keçirilən bu aksiyanı təkcə bir sosial yardım deyil, həm də mənəvi və mədəni dəyər daşıyan hadisə kimi qiymətləndirmək olar.
Bu gün cərrahların təmənnasız xidməti, millət vəkilinin diqqəti, təşkilatçılıq işinə dəstək olan şəxslərin səyi – bütün bunlar birlikdə vətəndaş həmrəyliyinin, milli-mənəvi dəyərlərə sadiqliyin ifadəsidir.
Masallı rayonu bir daha göstərdi ki, xeyirxah əməllər, insanlara göstərilən diqqət və qayğı bu torpağın insanlarının gündəlik həyat tərzinə çevrilib. 1 İyun münasibətilə keçirilən bu nəcib aksiya gələcək illər üçün də nümunə olacaq bir hadisə kimi yadda qalacaq.
Uşaqların sevinci, valideynlərin razılığı, cəmiyyətin bir araya gələrək həyata keçirdiyi bu təşəbbüs – hər biri sübut edir ki, xeyirxahlıq yaşadıqca, gələcəyimiz də daha parlaq olacaq.
Valideynlərdən birinin sevincinj ifadəsi, bu aksiyaya verilən ən gözəl quymətdir:
"Bu diqqət və qayğı bizə göstərdi ki, tək deyilik. Uşaqlarımızın sevinci hər şeyə dəyər"
Masallı Onbirillik İncəsənət Məktəbinin şagirdləri və İncəsənət işçilərinin rəngarəng konsert proqramı, nağıl personajlarının maraqlı çıxışları uşaqların sevincinə sevinc qatdı.
Millət vəkili Məşhur Məmmədov və Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən uşaqlara hədiyyələr təqdim edildikdən sonra Tuva Tibb Mərkəzinin peşəkar həkimləri tərəfindən sünnət prosesi icra edildi.
Rəmzi Şahverdiyev