Mövcud siyasi vəziyyət ŞƏT çərçivəsində ticarət, investisiya və logistikaya təsir edir. ŞƏT-in baş katibi bildirib ki, geosiyasət təşkilat üçün çağırışa çevrilib.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Ermekbayev Sankt-Peterburqda PMEF-də ŞƏT qarşısında duran yeni çağırışlardan danışıb.
“ŞƏT-in ticarət-iqtisadi əməkdaşlığının indiki problemi həm ticarət, həm investisiya, həm də nəqliyyat dəhlizi məsələlərində siyasi amillərin təsiridir” - Nurlan Ermekbaev deyib.
ŞƏT-in baş katibi əlavə edib ki, bu vəziyyətə qarşı ölkələrin liderləri ŞƏT-in modernləşdirilməsi vəzifəsini görürlər. Bunun tərkib hissəsi kimi təşkilat çərçivəsində müəyyən zonaların və əməkdaşlıq sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulur.
“Biz transsərhəd əməkdaşlıq mərkəzlərinin, nümayiş zonalarının, pilot zonaların, nəqliyyat və logistika qovşaqlarının imkanlarından daha fəal istifadə etməyi təklif edərdik”
O əlavə edib ki, ŞƏT ölkələri qeyri-hökumət təşkilatlarının potensialından da fəal istifadə edə bilər: Banklararası Assosiasiya, İşgüzar Şura və ŞƏT İnvestorları Assosiasiyası.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.