AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Çabahar limanındakı müşahidə qülləsinə endirilən zərbənin videosunu yayıb

  • + A
  • - A
  • Bu gün, 20:51

    ABŞ Çabahar limanındakı müşahidə qülləsinə endirilən zərbənin videosunu yayıb

    ABŞ Çabahar limanındakı müşahidə qülləsinə endirilən zərbənin videosunu yayıb

    ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Çabahar şəhərində yerləşən Şəhid Kəlantəri limanındakı müşahidə qülləsinə endirilən zərbənin videogörüntülərini yayımlayıb.

    CENTCOM-un yaydığı məlumata görə, zərbə iyulun 16-da endirilib. Bildirilir ki, məhv edilən müşahidə qülləsindən İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən kommersiya gəmilərini izləmək, həmçinin onlara qarşı mümkün hücumları hazırlamaq və əlaqələndirmək üçün istifadə edib.

    ABŞ hərbi komandanlığı X sosial şəbəkəsində yaydığı açıqlamada qeyd edib ki, bu obyekt uzun illər SEPAH-ın dənizdəki fəaliyyətinin mühüm elementlərindən biri olub.
    CENTCOM-un iddiasına görə, müşahidə qülləsinin məhv edilməsi SEPAH-ın mülki ticarət gəmilərinə qarşı hücumları koordinasiya etmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

    İran tərəfi isə hələlik hadisə və CENTCOM-un irəli sürdüyü iddialarla bağlı rəsmi açıqlama verməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR