Sandra Audirk ABŞ-nin Ukrayna üzrə yeni müvəqqəti işlər vəkili olub.
Azadmedia.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfirliyinin saytında bildirilib.
S.Audirk – ABŞ diplomatik xidmətinin ali korpusunun (Senior Foreign Service) nümayəndəsidir, o, 30 ildən çoxdur ki, dünyanın müxtəlif ölkələrində Birləşmiş Ştatların maraqlarını təmsil edir.
O, 2024-cü ildən ABŞ Müdafiə Nazirliyində çalışıb və orada Corc K. Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktor müavini vəzifəsini tutub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.