AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran-ABŞ ikili vətəndaşı Dena Karari İrandan ayrılaraq ABŞ-a yola düşüb

  • + A
  • - A
  • Dünən, 23:56

    İran-ABŞ ikili vətəndaşı Dena Karari İrandan ayrılaraq ABŞ-a yola düşüb


    ABŞ və İranın ikili vətəndaşı olan Dena Karari İrandan ayrılaraq ABŞ-a yola düşüb.

    Məlumata görə, Kararinin vəkili Cared Genser bildirib ki, müvəkkili hazırda təhlükəsizdir və ABŞ-a qayıdır.

    53 yaşlı Dena Karari 2024-cü ilin dekabrında ailəsini ziyarət etmək üçün İrana səfər etmişdi. Ölkədən çıxmağa hazırlaşarkən təhlükəsizlik qüvvələri onun pasportlarını müsadirə edib. O, bir müddət saxlanıldıqdan sonra girov müqabilində azadlığa buraxılsa da, bu günə qədər ölkədən çıxışına qadağa qoyulmuşdu.

    Vəkilin sözlərinə görə, İran hakimiyyəti Kararini "düşmən dövlətlə əməkdaşlıq" və "casusluq" ittihamları ilə günahlandırsa da, bu iddialar əsassız olub və ona qarşı heç vaxt rəsmi ittiham irəli sürülməyib.

    Cared Genser həmçinin qeyd edib ki, Dena Karari ötən həftə ağır infarkt keçirib və onun səhhəti ilə bağlı ciddi narahatlıqlar yaranmışdı.

    Dena Karari ABŞ-da fəaliyyət göstərən texnologiya şirkətinin əməkdaşıdır. O, eyni zamanda İranda aztəminatlı uşaqlara dəstək göstərən xeyriyyə təşkilatının təsisçisidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR