ABŞ İranın Xark adası yaxınlığında tankeri vurub – Tehran gəminin boş olduğunu bildirir

ABŞ İranın Xark adası yaxınlığında tankeri vurub – Tehran gəminin boş olduğunu bildirir
İranın Buşəhr əyalətinin qubernator müavini Ehsan Cəhaniyan ABŞ hərbçilərinin Xark adası yaxınlığında lövbərdə dayanan Belma tankerinə zərbə endirdiyini açıqlayıb.
Onun sözlərinə görə, tanker iki raketlə vurulub. Hücum zamanı gəmi yüklənməmiş vəziyyətdə olub və körpüdə dayanıb.
Cəhaniyan İranın IRNA agentliyinə bildirib ki, "Belma" tankeri yenidən ABŞ-ın iki raket hücumuna məruz qalıb. Gəmi yüklü deyildi və Xark adası yaxınlığında dayanmışdı.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 8-dən etibarən İrandakı bir sıra hədəflərə zərbələr endirdiyini açıqlayıb. Vaşinqton bu əməliyyatların Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı İran tərəfindən həyata keçirilən hücumlara cavab olaraq icra edildiyini bildirib.
Buna cavab olaraq İran Silahlı Qüvvələri Yaxın Şərqin bir neçə ölkəsində yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.