Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Şəhid anaları ilə iş” adlı layihənin icrası məqsədi ilə 22 iyul 2025-ci il tarixində Laçın rayonunda şəhid ailələri ilə görüş keçirildi.22 iyul 2025-ci il tarixində sabah doğru saat 04-00 da 20 yanvar metrosu ərazisindən avtobusla Laçına doğru yola çıxdıq. Günorta saat 12-00 də artıq Laçın rayonunda Zabux kəndində Zabux çayının sahilində şəhid ailələri ilə görüşümüz baş tutdu.
22 iyun 2025-ci il tarixində bir qrup şəhid ailəsinin Laçın şəhərində gəzməyə aparılması ilə bərabər laçına yeni köçmüş şəhid ailələri ilə görüşlərinidə təşkil etdik. Görüş zamanı Zabux kəndində Zabux çayının sahilində şəhid ailələrimizi dəvət etdik və onlarla zaman keçirdik. Şəhid ailələrimizə layihəmiz adından hədiyyə verildi. Şəhid ailələri bizim gedişimizdən çox razı olaraq minnətdarlıq etdilər. Bakıdan 08 nəfər şəhid ailəsi Laçına aparıldı. Laçında isə yeni köçmüş 5 nəfər şəhid ailəsi ilə görüşdük. Tədbirin sonunda şəhid ailələrinə layihə adından hədiyyələr verildi.
1. Məmmədova Qərənfil Laçın rayonu Zabux kəndi
2. Məmmədova Firəngiz Laçın rayonu Zabux kəndi
3. Əliyev Əkbər Laçın şəhəri
4. Vüsalə Salmanzadə Laçın şəhəri
5. Zeynalova Çiçək Laçın şəhəri
6. Ağayeva Sevil Mikayıl qızı Lənkaran
7. Hüseynova Flora Gürzalı qızı Bakı
8. Dadaşova Elmira Böyükağa qızı Bakı
9. Kərimzadə Rəxşəndə Nəriman qızı
10. Eyvazova Telli Rəşid qızı Naxçıvan
11. Ayvazova Zöhrə Alyas qızı Qaradağ
12. Əhmədova Leyla Soltan qızı Bakı
13. Yusifova Reyhan Çingiz qızı Bakı
14. Hüseynova Sevil Talıb qızı Lənkaran
15. Allah rəhmət eyləsin ruhu şad olsun şəhidlərimizin. Qarabağın işğaldan azad edilmiş ərazilərində yeni məskunlaşmış insanlarımızın və ayrıca şəhid ailələrimizin diqqətdə saxlanması layihənin əsas prinsipidir.
Rada Abbas layihə rəhbəri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.