AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Atamın ölümü şübhəlidir” – Məşhur iş adamının oğlu ədalət axtarır

  • + A
  • - A
  • Bu gün, 16:42

    “Atamın ölümü şübhəlidir” – Məşhur iş adamının oğlu ədalət axtarır

    Milyonlarla manat dəyərində əmlaka sahib olan tanınmış iş adamı Gündüz Abbasovun 2024-cü ilin sentyabr ayında qəfil və müəmmalı ölümü ailəsində qalmaqal yaradıb. Bu barədə redaksiyanın qaynar xəttinə Mərhumun oğlu Əziz Abbasov məlumat verib.

    Onun sözlərinə görə, Gündüz Abbasov 2021-ci ildə ikinci həyat yoldaşından da boşanıb. Rəsmi olaraq subay statusunda yaşayıb. Buna baxmayaraq, həmin evdə qalmağa davam edib və elə orada da dünyasını dəyişib.

    Oğlu bildirir ki, daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olan atasının ölüm xəbəri ailəyə rəsmi şəkildə verilməyib, həmçinin meyit üzərində heç bir ekspertiza da aparılmayıb:

    “Atam 2021-ci ildə boşanıb, həmin evdə yaşayıb və orada da subay olaraq rəhmətə gedib. Ölüm xəbəri bizə verilməyib, ekspertiza da aparılmayıb. Atamın ikinci həyat yoldaşı ekspertizanın aprılmasına maneə yaradıb. Bu səbəbdən biz onun ölümünü şübhəli hesab edirik”, – deyə mərhumun oğlu vurğulayıb.

    Onların sözlərinə görə, atası birinci ailəsindən boşandıqdan sonra illərlə qazandığı mülklər ikinci nigahda olduğu xanımının adına rəsmiləşdirilib. İş adamının vəfatından sonra həmin əmlaklar birbaşa onun adına keçirilib. Hazırda obyektlərdən gələn gəlirlər də yalnız həmin qadına məxsusdur.

    Mərhumun oğlu əlavə edərək bildirir ki, atasından qalan milyonluq mülklərin hamısı ikinci yoldaşı tərəfindən ələ keçirilib. İş məhkəmədə olsa da, prosesə ciddi baxılmır.

    Mərhum iş adamının övladı iddia edir ki, Xətai Rayon Məhkəməsində proses obyektiv aparılmır və ədalətli qərar çıxarılacağına ümidlərini itirmək üzrədirlər. Onların fikrincə, həm ölümün qaranlıq məqamları araşdırılmalı, həm də illərin zəhmətilə əldə edilən əmlakın ədalətli bölgüsü təmin olunmalıdır.

    Əziz Abbasovun anası Abbasova Sevda Sabir qızı və mərhumun sonuncu həyat yoldaşı Məmmədova Lalə Məmməd qızı da hakimin ədalətsiz qərar verdiyindən danışdılar və qərardan Apelyasiya şikayəti verəcəklərini bildirdilər.

    Vəkil Vaqif Şərifov sözlərinə görə, Xetai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyev qanunun tələblərini pozaraq hüquqlarını müdafiə elədiyim müvəkkilimin iddiasını təmin etmədi.

    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR