Kəmalə Aşumova,
Azərbaycan Uşaq Qaynar Xəttinin direktoru və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Əziz müəllimlər!
Sizi qarşıdan gələn Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edirik! Bu bayram xüsusidir, çünki o, uşaqlara bilik yolunu açan, onların xarakterini, dəyərlərini və özlərinə inamını formalaşdırmağa kömək edən insanlara həsr olunub.
Uşaq hüquqlarının müdafiəsi istiqamətində çalışan Uşaq Qaynar Xətti olaraq və bir başa məhz uşaqların problemlərinin həllində sizinlə mütəmadi əməkdaşlığımız hər gün bir daha əmin edir ki, məktəbin, müəllimlərin və valideynlərin uşağın inkişafı və rifahında rolu misilsizdir. Yalnız müəllim və uşaqların birgə əməkdaşlığı ilə biz elə bir mühit qura bilərik ki, uşaq özünü qorunmuş, anlaşılmış və oxumağa həvəslənmiş hiss etsin.
Əlbəttə, başa düşürük ki, təhsil sistemində çətinliklər mövcuddur və təəssüf ki, peşəsinin məsuliyyətini tam dərk etməyən müəllimlər də olur. Amma məhz bu gündə hər bir müəllimə arzu etmək istəyirdik ki, təkcə biliyə deyil, eyni zamanda müdrikliyə, səbirlə yanaşmağa, pedaqoji bacarıqlara və uşaqlara düzgün yanaşmaq qabiliyyətinə sahib olsunlar. Çünki gələcək nəsil məhz bundan asılıdır.
Qoy sizin zəhmətiniz və təhsilə verdiyiniz töhfə hər zaman dəyərləndirilsin, qoy işlədiyiniz hər bir uşaq sizin qürur mənbəyinizə çevrilsin və Müəllim əməyinin yer üzündə ən nəcib missiyalardan biri olduğunu sübut etsin.
Bayramınız mübarək!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.