AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aytac Əlisultanlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib

  • + A
  • - A
  • Bu gün, 11:19

    Aytac Əlisultanlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib

    Aytac Əlisultanlı Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində Memarlıq ixtisası üzrə, magistr təhsilini isə “Memarlıq abidələrinin bərpası və yenidən qurulması” ixtisaslaşması üzrə tamamlamışdır.

    A. Əlisultanlı peşəkar fəaliyyətinə müxtəlif özəl şirkətlərdə başlamış, “Pasha Construction” şirkətində memar olaraq çalışmışdır. 2021-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəhbər vəzifələrdə çalışmış, 3-cü və daha sonra 2-ci dərəcəli dövlət qulluqçusu olmuşdur.

    O, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin və UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) üzvüdür. 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatı ilə təltif olunub.

    2025-ci ilin aprel ayından etibarən Aytac Əlisultanlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzində direktor müavini, daha sonra isə direktor vəzifəsində çalışmışdır.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə Aytac Əlisultanlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR