AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT tərəfindən tat dilinin lüğəti çapdan çıxdı

  • + A
  • - A
  • Bu gün, 12:29

    QHT tərəfindən tat dilinin lüğəti çapdan çıxdı

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən “Dilimiz varlığımızdır: tat dilinin müxtəlif ləhcələrini əks etdirən lüğətin hazırlanması və nəşri” adlı layihə uğurla başa çatıb.

    QHT.az xəbər verir ki, layihə çərçivəsində D. Əliyev, F. Əliyev və F. Sultanov tərəfindən tərtib edilmiş “Azərbaycan dili – tat dilinin ləhcələri” adlı lüğət kitabı nəşr olunub.

    Lüğət tat dilinin müxtəlif ləhcələrinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mərkəzin rəhbəri Elman Əhmədov bu münasibətlə tat dilində danışanları və tat mədəniyyətinə maraq göstərən hər kəsi təbrik edərək, yeni nəşrin milli-mədəni irsin yaşadılmasına töhfə verəcəyini bildirib.

    Fotolar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR