AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əsassız açıqlamalar ictimaiyyəti heç cür çaşdıra bilməz - Aqibət Məmmədov ÖZƏL

  • + A
  • - A
  • 7-10-2025, 16:26

    Əsassız açıqlamalar ictimaiyyəti heç cür çaşdıra bilməz -

    Tənqid yaxşı şeydir. Amma baxır necə tənqid.Sağlam tənqidi fikiri hamı nəinki alqışlayır, eyni zamanda gözləyir də... Çünki insan varsa və yaxud hər hansı iş görülürsə, təbii ki, orada nöqsanlar, çatışmazlıqlar da qaçılmazdır. Tənqid olmasa inkişaf da olmaz. Amma təqnid də sağlam düşüncəyə və arqumentə əsaslanmalıdır.

    Tənqid həm də təhlil etmək, düşünmək, araşdırmaq imkanı yaradır, adama güclü stimul verir. Onun sayəsində bir çox çatışmazlıqlar, nöqsanlar üzə çıxır, inkişafa, mükəmməlliyə doğru növbəti addım atmaq üçün zəmin formalaşır. Əslində, tənqidin məqsədi də elə budur, bu olmalıdır. Yox əgər tənqid obyektivliyə, arqumentə əsaslnamırsa, o zaman bu tənqid deyil, hansısa məqsəddən irəli qərəzdir. Və hansı ki, günümüzdə belə hallara tez-tez rast gəlirik. Bir çox hallarda isə tənqid adı altında kiminsə və yaxud hansısa təşkilatı hədəf seçməkdə məqsədimiz qarşı tərəfin çatışmazlığını ortaya çıxarmaq deyil, şəxsi korporativ maraqlaırmızı təmin etməkdir. Bu baxımdan tənqid etməklə linçləmək ayrı-ayrı anlayışlardır. Amma biz günümüzdə tənqiq adı altında insanların imicinə, işgüzar fəaliyyətini gündəmə gətirməklə onları linç etməyə çalışırıq.
    ... Və çox təssüf ki, belə hallar virus kimi yayılaraq virus halını alıb. Kimin kimdən xoşu gəlmirsə və yaxud hansısa korporativ maraq güdürsə onu tənqid adı altında cəmiyyətdə linç etməyə çalışır. Onu da təəssüflə qeyd etmək istərdik ki, biz belə hallara mediada da tez-tez rast gəlirik. Heç uzağa getmədən bir faktı qeyd edəcəyəm. Bu günlərdə bəzi media orqanları “Gəncə Körpü-Tikinti-2” ASC, onun rəhbəri Aqibət Məmmədovu hədəf seçiblər. Xəbəri oxuyursan və burada təşkilatın fəaliyyətində hansısa qanunsuzluğa, nöqsana, nə də ki fəaliyyətində kiçicik də olsun bir fakta rast gəlmirsən. Amma yazı elə təqdim olunub ki, tamamilə başqa mənzərə ortaya çıxır.
    Söhbət nədən gedir. “Gəncə Körpü-Tikinti-2” ASC-nin keçirilən tenderlərdə qalib olmasından. Məgər hansısa təşkilatın tenderdə iştirak etməsi və qalib olması qəbahətdir. Yoxsamı hansısa qanunsuzluğa yol verilib?
    Birincisi, tenderdə istənilən hüquqi və fiziki şəxs qanunvericiliyin tələbinə uyğun şəkildə iştirak etmək hüququ var. Tenderə təqdim edilən sənədlər baxılır və dəyərləndirilir. Hansı hüquq və fiziki şəxs tenderin şərtlərinə uyğun təkliflə çıxış edibsə, o da qalib seçilir.
    “Gəncə Körpü-Tikinti-2” ASC-nin də şərtləri tenderin nəticələrini elan edən aidiyyatı quurm tərəfindən daha uyğun hesab edildiyi üçün qalib elan olunub və burada hər hansı qanunsuzluğa yol verilməyib. Əgər həmin media orqanlarının əlində belə bir fakt varsa, buyursunlar təqdim etsinlər.Lakin onların əlində belə bir fakt yoxdur. Sadəcə həmin media orqanları öz peşə və etik qaydaları, o cümlədən media qanunverciliyini kobud şəkildə pozaraq seçdikləri obyekti hədəf seçməklə öz korporativ maraqlaırnı təmin etməyə çalışıblar. Bununla da əslində həmin media qurumları qanunvericiliyi kobuq şəkildə pozmaqla “Gəncə Körpü-Tikinti-2” ASC, Aqibət Məmmədov, yazıda adları çəkilən digər şəxslərin imicinə və işgüzar fəaliyyətinə xələl gətirməklə özləri barəsində hüquqi məsuliyyət yaradan hallara hüquqi zəmin yaradıblar.
    Digər bir məqamı da qeyd edim ki, guya adları çəkilən şəxslərin hansısa məsul şəxslərlə qohumluq əlaqəsinin olduğu qeyd olunur. Kiminsə kiminlə qohum və ya yaxın olması nə vaxtdan qanuna ziddir?
    Azərbaycan hüquqi dövlətdir və insanların hüquqları Konstitusiyada təsbit olunub.
    Yaxşı olardı ki, belə məqaləni yayan media orqanları yazı yazmazdan öncə ən azı media qanunvericiliyin tələbinə uyğun olaraq qarşı tərəfin mövqeyini öyrənərdilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR