AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UNEC-də Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Narkomaniyaya qarşı mübarizə tədbiri keçirilib.

  • + A
  • - A
  • Bu gün, 18:51

    UNEC-də Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Narkomaniyaya qarşı mübarizə tədbiri keçirilib.

    Tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər barədə maarifləndirmə aparmaq, narkomaniyaya qarşı mübarizədə ictimai fəallığı artırmaqdır. Tədbirdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavinləri, Baş Narkotikə Mübarizə İdarəsinin təhqiqat qrupunun rəisi, polis mayoru Nəcəf Aydınoğlu, Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanının sektor müdiri Raqif Allahverdiyev, Bakı şəhər Narkoloji mərkəzinin Psixoterapevt Günay Babayeva, Gənclər mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə iştirak etmişdir.
    Qonaqlar Tədbirdə “Narkomaniyanın cəmiyyətə mənfi təsirləri”, “Gənclərin narkotik vasitələrdən qorunması yolları”, “Sağlam gələcək üçün sağlam seçim” və “Ailənin və universitetin bu sahədə rolu” kimi mövzularda çıxışlar ediblər və tələbələrin suallarını cavablandırıblar.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR