AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yer üzündə – XXI əsr, amma hələ də belə faciələr yaşanır...

  • + A
  • - A
  • Bu gün, 08:38

    Yer üzündə – XXI əsr, amma hələ də belə faciələr yaşanır...

    Cəmi 12 yaşı olanda Aişə Məhəmmədzay ailəsi tərəfindən “Taliban” döyüşçülərindən birinə ərə verilməyə söz verildi. 14 yaşında məcburən onunla evləndirildi. Həyatının ən saf çağlarında Aişə insanlıq adına dəhşətli zülmlərə məruz qaldı – həm əri, həm də qayınları tərəfindən.

    Daim təhqir, döyülmə, təhqir olunma...
    Aişə dözə bilmədi, 18 yaşında evdən qaçdı. Amma onu tutdular. “Qadın itaət etməməlidir” deyən ər və ailəsi onu dağlara apararaq burun və qulaqlarını kəsdilər, qan içində, tənha vəziyyətdə ölməyə atdılar.

    Möcüzə nəticəsində sağ qaldı. Yaralı, qan içində, ümidini itirmədən sürünə-sürünə əmisi evinə çatdı. Amma o da onu evinə buraxmadı – “biabır gətirmisən” dedi. Nəhayət, atasının və babasının köməyi ilə Aişə ABŞ hərbi bazasına sığındı.

    Aişənin faciəsi dünyanı silkələdi. Onun yaralanmış, amma ümid dolu baxışları ilə çəkilmiş fotosu TIME jurnalının üz qabığında dərc olundu və bütün dünyada Əfqanıstanda qadınlara qarşı zorakılıq, təzyiq, orta əsr düşüncələri barədə böyük müzakirələrə səbəb oldu.

    ABŞ-da həkimlər ona bir neçə plastik əməliyyat keçirdilər. Alnından və bədənindən götürülən toxumalarla ona yeni burun düzəldildi. Amma fiziki sağalma hələ hər şey demək deyildi. O, illərlə ağır psixoloji travma, qorxu, stres və emosional dağılma ilə mübarizə apardı.

    Bu gün Aişə ABŞ-ın Merilend ştatında yaşayır. Həyatı xilas edilib, siması bərpa olunub, amma onun hekayəsi hələ də bəşəriyyətin üzünə vurulan bir güzgüdür.

    Yer üzündə, XXI əsrdə...
    Qadın olmaq hələ də bir çox yerlərdə cəza kimidir.
    Aişə isə həm də ümidin adıdır — qaranlıqdan işığa gedən yolda, susmayan bir səs kimi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR