AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramiz Mehtiyev partiya biletindən məhrum ediləcək

  • + A
  • - A
  • Bu gün, 13:25

    Ramiz Mehtiyev partiya biletindən məhrum ediləcək

    Azadmedia.az Haqqın.az- istinadla xəbər verir ki, ev dustaqlığına buraxılan Azərbaycan Prezidenti Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehtiyev hakim “Yeni Azərbaycan” partiyasının sıralarından çıxarılacaq. Bu barədə partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə məlumat verib.

    Onun sözlərinə görə, yaxın günlərdə müvafiq partiya qurumlarının iclası keçiriləcək. “Ramiz Mehtiyev nə partiya üzvü, nə də partiyanın Veteranlar Şurasının üzvü qala bilməz, məhkum olunmuş şəxs partiyada qala bilməz.

    *** 11:58

    Azərbaycan Prezidenti Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehtiyevin evi artıq polis nəzarətindədir. Onun evinə giriş-çıxış, rabitə və hərəkət vasitələri tam nəzarətdədir.

    Monitorinq həm elektron vasitələrin, həm də fiziki patrulun köməyi ilə həyata keçirilir.

    4 ay müddətinə müəyyən edilmiş ev dustaqlığının müddəti istintaqın gedişindən asılı olaraq uzadıla bilər.

    Bundan əvvəl Bakının Səbail rayon məhkəməsi Mehtiyevanı 4 ay müddətinə ev dustaqlığına məhkum edib. O, Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunur. 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR