“Gürcüstanın strateji mövqeyi ölkənin əlaqələndirmə funksiyasını gücləndirir və biz bundan ölkənin iqtisadi potensialının maksimum istifadəsi üçün yararlanırıq”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BƏƏ-nin “Gulf News” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstan Orta Dəhliz kontekstində də funksiyasını gücləndirməyə çalışır.
“Bu məqsədlə biz infrastruktura böyük həcmdə investisiyalar yatırırıq. Biz bütün ölkəni əhatə edən yeni magistral yollar tikirik. Tbilisidən Acarıstana avtomobil yolunun inşası ilin sonunadək başa çatdırılacaq. Azərbaycan və Ermənistan sərhədlərinə qədər avtomobil magistrallarının tikintisinin davam etdirilməsi nəzərdə tutulur”, - İ.Kobaxdize söyləyib.
Baş nazir Qara dəniz sualtı kabelinin Gürcüstan üçün önəmindən də danışıb. O bildirib ki, bu layihənin reallaşması ilə Gürcüstan Avropa ölkələrinə elektrik enerjisi ixrac etməklə yanaşı rəqəmsal mərkəzə çevriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.