AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid və qazi ailələrinə “Qəhrəman şəhidlərimiz” kitabı təqdim edildi - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 12:24

    Şəhid və qazi ailələrinə “Qəhrəman şəhidlərimiz” kitabı təqdim edildi - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərçivəsində 2025ci il il üçün nəzərdə tutulmuş kiçik qrant müsabiqəsinin qalibləri sırasında “Məlahətli Ana” uşaqlara yardım ictimai birliyidə yer tutmuşdur.

    QHT.az xəbər verir ki, bu barədə layihənin rəhbəri “Məlahətli Ana” uşaqlara yardım ictima birliyin sədri Natiq Əhmədov məlumat verib. Onun sözlərinə görə, "Ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlil" layihəsi çərçivəsində "Qəhrəman şəhidlərimiz" adlı kitab şəhid və qazi ailələrdən olan 57 iştirakçıya kitabın təqdimat mərasimində paylanıldi. Tədbir Suraxanı rayonu, Əmircan qəsəbəsinin Mədəniyyət Sarayında keçirildi.

    Tədbirdə şəhid ailələri, qazilər və digər qonaqlar iştirak edirdi. Tədbirdə müəllif özü kitab haqqında məlumat verdi. O, qeyd etdi ki kitab təqvim şəklində xronoloji olaraq yazılıb. I Qarabağ və II Qarabağ (Vətən) müharibələrinin şəhidləri haqqında ətraflı məlumat veriləcək . Eləcədə Zəfər qələbəmizi gələcək nəsillərə çatdırmaq məqsədini daşıyır.

    Şəhid ailələri cəmiyyətinin sədri Nəsibə xanım, şəhid atası Suraxanı İcra Nümayəndəsi Əlifxan m, çıxış etdilər. Sonda İctimai birliyin sədri Natiq Əhmədov QHT Agentliyinə maliiyə dəstəyi üçün öz təşəkkürünü bildirdi.

    Fotolar






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR