AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2025-ci ilin noyabrında Azərbaycan və Qazaxıstan QHT-lərinin ilk forumu keçiriləcək

  • + A
  • - A
  • Bu gün, 12:25

    2025-ci ilin noyabrında Azərbaycan və Qazaxıstan QHT-lərinin ilk forumu keçiriləcək

    2025-ci il oktyabrın 16-da Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb.
    Sənədin məqsədi Azərbaycan və Qazaxıstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın təşviqi, təcrübə mübadiləsinin dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsidir.
    İmzalanma mərasimində çıxış edən Agentliyin İcraçı direktoru Aygün Əliyeva qeyd edib ki, bu əməkdaşlıq iki ölkə arasında vətəndaş cəmiyyəti institutları səviyyəsində əlaqələrin daha sistemli və davamlı şəkildə inkişafına mühüm töhfə verəcək.
    Qarşılıqlı əməkdaşlıq çərçivəsində tərəflər gələcəkdə birgə tədbirlərin, mübadilə proqramlarının və regional vətəndaş cəmiyyəti nümayəndələrinin təşəbbüslərinin həyata keçirilməsini planlaşdırırlar. Bu razılaşma, həmçinin 2025-ci ilin noyabrında
    Azərbaycan və Qazaxıstan QHT-lərinin ilk forumunun daha səmərəli keçirilməsinə xidmət edəcək.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR