AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadın sağlamlığına dəstək: Jurnalistlər üçün maarifləndirici görüş keçirildi

  • + A
  • - A
  • Dünən, 23:21

    Qadın sağlamlığına dəstək: Jurnalistlər üçün maarifləndirici görüş keçirildi


    “Azərlotereya” ASC-nin həyata keçirdiyi “Media klub” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir təşkil olunub. Bu dəfə layihənin əsas mövzusu qadın sağlamlığı olub və görüş Liv Bona Dea Hospitalında media nümayəndələrinin iştirakı ilə keçirilib.

    Səhər yeməyi formatında təşkil edilən tədbirə 30-dan artıq media qurumunun xanım nümayəndəsi qatılıb. Görüşün məqsədi qadın sağlamlığı sahəsində məlumatlılığın artırılması, profilaktik müayinələrin əhəmiyyətinin diqqətə çatdırılması, vaxtında diaqnostikanın həyati rolunun izah edilməsi və süd vəzi xərçənginin erkən aşkarlanması ilə bağlı maarifləndirmə işlərinin aparılması olub.

    Tədbirdə çıxış edən mütəxəssislər qadınların mütəmadi tibbi nəzarətdə olmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, erkən diaqnostika bir çox xəstəliklərin uğurlu müalicəsində əsas amillərdən biridir. Xüsusilə süd vəzi xərçənginin ilkin mərhələdə müəyyən edilməsi xəstəliyin müalicə imkanlarını əhəmiyyətli dərəcədə artırır.

    Görüş zamanı check-up müayinələrinin faydaları, mamoqrafiyanın önəmi, sağlam həyat tərzi vərdişləri və profilaktik tədbirlərin rolu barədə geniş məlumat verilib. Media nümayəndələrinin mövzu ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

    Maarifləndirici hissədən sonra iştirakçılar üçün Liv Bona Dea Hospitalının fəaliyyəti ilə bağlı təqdimat keçirilib. Təqdimatda hospitalın müasir tibbi infrastrukturu, göstərilən xidmətlər, müxtəlif ixtisaslar üzrə fəaliyyət istiqamətləri və pasiyentlərə təqdim olunan imkanlar haqqında ətraflı məlumat verilib.

    Daha sonra jurnalistlər hospital üzrə tanışlıq turunda iştirak ediblər. Tur çərçivəsində onlar cərrahiyyə, radiologiya, laboratoriya, pediatriya şöbələri, pasiyent palataları, helikopter eniş meydançası və digər müasir tibbi infrastruktur obyektləri ilə yaxından tanış olublar.

    Tədbirin sonunda iştirakçılara özləri və ya ailə üzvləri üçün Liv Bona Dea Hospitalında check-up və ya mamoqrafiya müayinəsindən yararlanmaq imkanı təqdim olunub. Bu təşəbbüs qadın sağlamlığının qorunmasına və profilaktik müayinələrin təşviqinə yönəlmiş sosial məsuliyyət addımı kimi qiymətləndirilib.

    Qeyd edək ki, “Azərlotereya” ASC tərəfindən mütəmadi olaraq təşkil edilən “Media klub” layihəsi media nümayəndələri ilə əməkdaşlığın gücləndirilməsi, ictimai əhəmiyyətli mövzular üzrə maarifləndirmə fəaliyyətinin genişləndirilməsi və sosial məsuliyyət təşəbbüslərinin dəstəklənməsi məqsədi daşıyır. Bu cür tədbirlər cəmiyyət üçün vacib olan mövzuların gündəmdə saxlanılmasına və məlumatlılığın artırılmasına xidmət edir.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR