AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu il BDU-nu 6000-dək təhsilalan bitirir

  • + A
  • - A
  • Bu gün, 11:36

    Bu il BDU-nu 6000-dək təhsilalan bitirir


    2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetini təxminən 6 min tələbə bitirir. Azərbaycanda ali təhsilin aparıcı mərkəzlərindən biri olan universitet fəaliyyət göstərdiyi müddətdə 200 mindən çox yüksəkixtisaslı mütəxəssis və kadr yetişdirərək ölkənin elm, təhsil və idarəetmə sahələrinin inkişafına mühüm töhfə verib.

    Hazırda BDU-nun 16 fakültəsində 25 mindən artıq tələbə təhsil alır, onların hazırlığı ilə isə 1400-ə yaxın professor-müəllim heyəti məşğul olur.

    Universitetin geniş elmi və tədris infrastrukturu 114 kafedra, 2 elmi-tədqiqat institutu, 12 elmi-tədqiqat mərkəzi, 28 elmi-tədqiqat laboratoriyası, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, eləcə də "Gənc istedadlar" liseyini əhatə edir.

    BDU-da bakalavr pilləsi üzrə 75 ixtisas, magistratura səviyyəsində isə 349 ixtisaslaşma üzrə kadr hazırlığı aparılır. Bu göstəricilər universitetin ölkənin ən böyük və çoxşaxəli ali təhsil müəssisələrindən biri olduğunu bir daha təsdiqləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR