AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azercell CUP" proqramlaşdırma müsabiqəsi texniki qüsurlarla uşaqlara stress yaşadır - İddia

  • + A
  • - A
  • Bu gün, 13:12

    "Azercell CUP" proqramlaşdırma müsabiqəsi texniki qüsurlarla uşaqlara stress yaşadır - İddia


    Proqramlaşdırma olimpiadaları istedadlı uşaqları üzə çıxarmaq, onların bilik və bacarıqlarını obyektiv qiymətləndirmək üçün təşkil olunur. Lakin yarışın əsas şərti olan işlək texniki sistem təmin edilmirsə, belə tədbirlər öz məqsədini itirir. "Azercell CUP" proqramlaşdırma müsabiqəsinin məqsədi gənclərdə proqramlaşdırmaya marağı artırmaq və gələcək İT mütəxəssislərinin yetişməsinə dəstək vermək kimi təqdim olunur.

    Bu dəfə isə diqqət iştirakçıların biliyindən çox, təşkilati çatışmazlıqlara yönəldi. Valideyn Gülnar Nazimqızı sosial şəbəkədə paylaşdığı statusunda bildirib ki, cəmi 273 iştirakçının daxil olduğu platformanın işləməməsi nəticəsində uşaqlar tapşırıqları yerinə yetirə bilməyib, vaxt itirib və ciddi stress yaşayıblar.

    Valideynin sözlərinə görə, təşkilatçılar uşaqlara kamera vasitəsilə ciddi nəzarət etməyi bacarsalar da, öz texniki sistemlərinin normal işləməsini təmin edə bilməyiblər. Halbuki, istənilən olimpiadada ən vacib məsələ nəzarət mexanizmi deyil, ədalətli yarış mühitidir.

    Belə yarışlara aylarla hazırlaşan uşaqların əməyi bir neçə dəqiqəlik texniki nasazlıq ucbatından risk altına düşməməlidir. "Texniki problem aradan qaldırıldı" açıqlaması da yaşanan narazılığı aradan qaldırmır. İtirilən vaxtı, pozulan psixoloji rahatlığı və yaranan gərginliyi geri qaytarmaq mümkün deyil.

    Bu cür yarışlar uşaqlarda elmə və texnologiyaya maraq yaratmalıdır. Əgər nəticədə onlar yalnız gərginlik, narahatlıq və ədalətsizlik hissi yaşayırsa, deməli problem uşaqlarda deyil, təşkilatçılıqdadır.

    İstedadlı uşaqları yetişdirmək istəyənlər ilk növbədə keyfiyyətli təşkilatçılıq nümayiş etdirməlidirlər. Çünki gələcəyin proqramçılarını yetişdirmək üçün əvvəlcə etibarlı sistem qurmaq lazımdır, uşaqları stress sınağına çəkmək yox.

    https://www.facebook.com/share/p/1D6vthPvCD/



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR