AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstedad yoxsa soyad? Günel Anarqızının ədəbiyyatda yeri müzakirə mövzusu oldu

  • + A
  • - A
  • Dünən, 17:00

    İstedad yoxsa soyad? Günel Anarqızının ədəbiyyatda yeri müzakirə mövzusu oldu

    Sayları çox olmasa da, Azərbaycanda istedadlı xanım yazıçılar var. Ancaq elə istedadsızlar da var ki, həmin o istedadlı xanımların yerinə ən yuxarılarda olur, yazıçı kimi o dairələrdə təsdiqlənir.

    Doğrudur, AYB sədri Anarın qızı Günel Anarqızı ədəbi dairələrdə, ümumən ədəbi elita arasında yazıçı kimi təsdiq olunmayıb. Ancaq başqa dairələrdə belə qəbul edilir.

    Bu səbəbdir ki, hazırda Bakı Kitab Mərkəzinin də direktoru odur.

    Onu deyim, Anar sədr, insan kimi necə olmasından asılı olmayaraq, istedadsız adam deyil.

    Ancaq görünür, istedad Günel Anarqızına heç irsən də keçməyib.

    Bu, əslində, bir az da kədərlidir. Atan Anar olur, baban Rəsul Rza, nənən Nigar Rəfibəyli, sən isə ən yaxşı halda elə direktor ola bilirsən.

    Yox, əgər belə deyilsə, indiyə qədər kim Günel Anarqızına məxsus olan ciddi bir yazı oxuyub, yadında qalıb?

    Ümumiyyətlə, kitabxanalarda, sərgilərdə onun kitabları axtarılıbmı?

    Kimsə nəyisə misal çəkəndə deyibmi ki, “Günel Anarqızının bir sözü var?”.

    Anarın qızı Günel bu ölkədə neçə nəfərin yadında yazıçı kimi formalaşa bilib?

    Hesab edirəm, Günel Anarqızı heç atasının kölgəsində də qala bilməyən qələm adamıdır. Yenə Rəsul Rzanın oğlu olmaq Anara şöhrət gətirmişdi, ancaq Anarın qızı Günel olmaq ona şöhrət yox, elə iş-güc bəxş elədi. Halbuki azca istedadı olsaydı, bir-iki ortabab cümlə yaza bilsəydi, bu gün kimsə xanım yazıçıların adlarını çəkəndə yada düşərdi.

    İndi ən uzağı iş-güc xanımı kimi tanına bilir, o da nadir hallarda.

    Günel Anarqızının lap çoxdan “Qarabağ hekayələri” kitabını oxumuşdum.

    Təsəvvür edin, kitaba ön sözü də atası Anar yazmışdı və deyirdi ki, bu kitabı oxumasalar da ağız büzənlər tapılacaq. Niyə? Guya camaat deyəcək ki, necə oldu bu ailədən yenə yazıçı çıxdı. Ancaq Anar müəllimə demək lazımdır ki, hanı yazıçı, yalan niyə danışırsan, çıxmayıb axı.

    Anar özü ədəbiyyat generallığını etsə də, qızını heç MAXE kimi də ədəbiyyata gətirə bilmədi.

    Düşünürəm ki, ermənilər Günel Anarqızının bu kitabını oxusaydılar, onların da əti tökülərdi və torpaqları müharibəsiz qaytarardılar.

    Ümumiyyətlə, bu kitabı oxumağı şəxsən xüsusi olaraq qarabağlılara məsləhət görmürəm. Bu kitabın Qarabağa heç bir dəxli yoxdur. Ömrümdə o qədər ucuz sentimentallıq olan mətnlər oxuduğumu xatırlamıram heç.

    Günel Anarqızı bu kitab da daxil olmaqla, digər bütün kitabları da tərcümə etdirir, xarici ölkələrdə çap olunur, təqdimatlarına qədər təşkil olunur. Ancaq yenə də xeyri yoxdur, yazıçı ola bilmir ki, bilmir.

    Günel xanımın bir müsahibəsini oxumuşdum. Orada belə bir hissə var idi.

    Sual:

    - Atanız Azərbaycan ədəbiyyatının əfsanəvi şəxsiyyəti, Xalq yazıçısı Anardır. Belə bir atanın övladı kimi böyümək necədir?

    - Əminliklə deyə bilərəm ki, mənim inkişafıma atamın dünyagörüşünün böyük təsiri olub. Düşüncələrimizdə çox oxşarıq və həyata baxışlarımız oxşardır. Ancaq tənqidçilərin qeyd etdiyi kimi, biz yenə də fərqli yazırıq. Onun kitablarını oxuyub böyüsəm də, üslubumuz fərqlidir. Mənim dünyaya qadın baxışım var: daha emosional, həssas. Atamın fərqli, daha təmkinli yanaşması var.

    Günel xanım, atanızın sizin inkişafınızda təsiri var, ancaq bu inkişaf müəyyən postları tutmaq, jurnalların baş redaktoru olmaq və s. kimi məsələlərdir. Biz heç, biz cəhənnəm, heç olmasa, özünüzə yalan danışmayın.

    Bəsdir öz başınızı aldatdınız.

    Yox, digər mənada təsiri olsaydı, heç olmasa, ortada bir quruca mətniniz olardı.

    Məncə, yazdıqlarınız heç özünüzə də təsir etmir, qaldı hansısa oxucuya təsir etsin.

    Ona görə də mən sizi yazıçı ola bilməməyinizə görə ürəkdən təbrik edirəm. Bu, bir az da dünyanın ədalətidir. Ola bilsin ki, maddi olaraq hər şey sizlərindir, sizlərin də olacaq. Ancaq bunun fonunda yenə yazıçı ola bilməyəcəksiniz. Bu isə şəxsən məni xoşbəxt edir.

    Qeyd: Məqalə Orxan Səffarinin sosial media hesabından götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR