AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Tələbə-məzun”, “Şagird-məzun” sistemlərinin fəaliyyəti müvəqqəti dayandırılıb

  • + A
  • - A
  • 17-03-2021, 09:41



    17,18,19 mart tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən "Şəxsi kabinet", "Ödəmə sistemləri", “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, "Qabiliyyət İnformasiya Sistemi (QABİS)", “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.

    DİM-dən verilən xəbərə görə, buna səbəb Mərkəzə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsidir.

    Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR