Bu gün İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri karantin qaydalarına uyğun olaraq praktik təcrübələrini davam etdirmişlər.
Belə ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilən "Bacarıqlı ol" layihəsi çərçivəsində tələbələrimiz Şərab-2 (Chabiant Winery) müəssisəsində tədrislərini davam etdirirlər.
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Şərab-2 (Chabiant Winery) müəssisəsi arasında əldə olunan razılaşmaya əsasən mərkəzin tələbələrinin duala bənzər peşə təhsili və təlimi yanaşmasına əsasən təcrübə keçmələri üçün müəssisə tərəfindən təcrübə sahəsi ayrılıb. 2019-cu ilin fevral ayından etibarən tələbələr təlimçi, eləcə də yerli və xarici ekspertlərin nəzarəti altında üzüm becərilməsi və şərab istehsalı prosesinin bütün mərhələlərini şəxsən icra edirlər.
“Üzüm və şərab ustası” ixtisası İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində 2018-ci ildən tədris olunur və ED VET layihəsi çərçivəsində duala bənzər PTT yanaşmasının pilot tətbiqi üçün seçilmiş ixtisaslardan biridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.