AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Ali Neft Məktəbinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi Konfransları başa çatır

  • + A
  • - A
  • 8-05-2021, 13:29


    Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları çərçivəsində keçirilən “Neft-qaz geologiyası və mühəndisliyi” konfransı öz işini yekunlaşdırıb.
    Konfrans çərçivəsində “Quyuların istismarı, yataqların işlənməsi və hasilatın optimallaşdırılması”, “Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi”, “Neft-qaz axtarışı, kəşfiyyatı və hövzə analizi”, “Neft-qaz çıxarma və nəqletmə proseslərində enerjinin qorunma texnologiyaları”, “Neft-qaz sahəsində iqdisadi səmərəliliyinin analizi” bölmələr üzrə müzakirələr aparılıb, tezislər qiymətləndirilib.
    Konfransa yerli və xarici təhsil müəsissəsindən tələbə və gənc tədqiqatçılar tərəfindən 46 tezis qəbul edilib.
    Konfransın ayrı-ayrı bölmələri üzrə artıq qaliblər də müəyyənləşib.
    “Neft-qaz axtarışı, kəşfiyyatı və hövzə analizi” bölməsi üzrə BANM tələbələri Orxan Məmmdov, Vüsal Kərimov , eyni zamanda, Orta Doğu Texniki Universitet Şimalı Kipr Kampusunun tələbəsi Nandana Ramabhadra I yerə, Umid Əbdurahmanov (BANM), Əliyeva Türkan (BANM), Əliyev Katib (BANM), Toğrul Tahirov (BANM) II yerə, Aytac İsgəndərova (BANM) və Leyla Abdullayeva (BANM) isə III yerə layiq görülüblər.
    Beynəlxalq konfransa eyni zamanda, Sahand Texnologiya Universiteti, Orta Doğu Texniki Universitet Şimalı Kipr Kampusu, Ostin Texas Universiteti, Qazaxstan-Britaniya Texniki Universitet kimi xarici universitetlərdən də tezislər qəbul olunub.
    “Neft-qaz sahəsində iqdisadi səmərəliliyinin analizi quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi” bölməsinin qalibi Əsəd Səfərov (BANM), II yerin sahibi Bəşir Sultanov (ADNSU), III yerdə Cavad Əliyev olub.
    Konfransın sponsorları qismində Bakı Ali Neft Məktəbi, bp, “Baker Hughes”, “SOCAR Polymer”, “SOCAR AQŞ” şirkətləri çıxış edib.
    Qaliblərə hədiyyələr və eyni zamanda konfransın sertifikatları təqdim olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR