“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramının tərəfdaşlığı çərçivəsində 57 məktubu öhdəliyə götürərək xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqların arzusunu reallaşdırıb.
Belə ki, TƏBİB tərəfindən öz arzu və istəklərini www.asanmektub.az saytında yerləşdirən uşaqlara Ramazan bayramı münasibətilə hədiyyələr verilib. Hədiyyələrin bir qismi Bakı şəhəri Xəzər rayonunda yerləşən “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyindəki uşaqlara təqdim olunub. Digər hədiyyələr isə Şəkidəki sosial qayğıya ehtiyacı olan uşaqlara çatdırılıb.
Qeyd edək ki, uşaqlara “Əlçatan arzuları sən gerçəkləşdir” şüarı ilə həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi heç bir maddi qazanc güdmədən 14 yaşadək sosial qayğıya ehtiyacı olan uşaqların arzu və istəklərini həyata keçirməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.