AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağacları kəsən şirkət cəzalandırılıb

  • + A
  • - A
  • 1-06-2021, 12:06

    Ağacları kəsən şirkət cəzalandırılıb

    Xaçmaz rayonunun Fərzəlioba kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

    Xidmətin rəisi Hikmət Əlizadə Azadmedia.az-a bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Qərb Ekol” MMC tərəfindən palıd və qarağac ağaclarının kəsildiyi və təbiətə 7000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

    “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR