AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramiz Mehdiyev karonavirusa yoluxub? - Rəsmi açıqlama

  • + A
  • - A
  • 7-06-2021, 10:04

    Ramiz Mehdiyev karonavirusa yoluxub? - Rəsmi açıqlama

    AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi Ramiz Mehdiyevin karonavirusa yoluxması xəbərinə rəsmi açıqlama yayıb. Azadmedia.az AMEA-nın rəsmi açıqlamasını təqdim edir:

    "Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılmışdır.

    İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır.

    Həmkarlarımızı bir daha jurnalist etikası qaydalarına riayət etməyə, uydurma məlumatları yaymamağa və ucuz sensasiya ilə gündəmə gəlməməyə çağırırıq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR