AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bakı Metropoliteni” QSC işçilərlə müqaviləyə əlavə və dəyişikliklər edib

  • + A
  • - A
  • 14-06-2021, 11:02


    Yeni kollektiv müqavilə bağlanılıb

    İyunun 10-da ”Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin akt zalında Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) 2021-2023-cü illər üçün kollektiv müqavilənin qəbul olunmasına həsr olunmuş konfransı keçirilib. QSC-dən Azadmedia.az-a verilən məlumata görə tədbir “COVID-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi qaydalara əməl olunmaqla keçirilib.

    Konfransı giriş sözü ilə açan MİHİ sədri Arif Mərdanov nümayəndələri salamladıqdan sonra müqavilənin müddətinin bitdiyi üçün yeni müqavilənin hazırlanması, müzakirəsi üzrə işçi qrupunun fəaliyyəti barədə məlumat verib. Prosedur qaydalarına əməl olunduqdan sonra yeni müqaviləninin təqdimatı və müzakirəsinə başlanılıb. Yeni müqavilənin tam mətni ilə konfrans iştirakçılarını MİHİ-nin əməyin hüquq müfəttişi Abdulla Acalov tanış edib.

    “Bakı Metropoliteni” QSC işçilərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onların hüquq və mənafelərinin müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Əmək Məcəlləsi və “Həmkarlar İttifaqları haqqında” Qanuna uyğun olaraq QSC rəhbərliyi ilə ikitərəfli məsləhətləşmələr zamanı əldə edilmiş razılığa görə “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqı ilə 2021-2023-cü illər üçün Kollektiv müqavilənin bağlanması barədə birgə qərar qəbul edilib. Bununla əlaqədar olaraq tərəflər arasında 2019-2021-ci illər üçün bağlanmış Kollektiv müqavilə qüvvədən düşmüş hesab olunub.
    Sonra konfrans səsvermə yolu ilə yeni Kollektiv müqaviləni qəbul etdi.
    Bununla da konfrans öz işini başa vurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR