Tədbiri giriş sözü ilə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov açaraq İctimai Şuranın fəaliyyətini yüksək qiymətləndirdiyini, sıx əməkdaşlıq əlaqələrinin olduğunu, il ərzində birlikdə çoxsaylı görüşlərin keçirildiyini qeyd edib. Həm miqrasiya siyasətinin formalaşdırılması, həm də miqrasiya xidmətlərinin təkmilləşdirilməsi baxımından İctimai Şura ilə əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb.
Sonra İctimai Şuranın 5 illik fəaliyyətini əks etdirən video-çarx izlənilib və Şuranın sədri Azər Allahverənov 2019-2021-ci illər üzrə fəaliyyətlə bağlı təqdimatla çıxış edib. Ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində görülən işlərlə bağlı hesabat verən A.Allahverənov İctima Şura üzvlərinin rəhbərlik etdiyi işçi qruplarının fəaliyyətini də xüsusi vurğulayıb. 355 miqrant ailəsinə humanitar yardımların göstərildiyini, 7 seminar, 5 təlim, 4 maarifləndirmə aksiyasının keçirildiyini bildirən Azər Allahverənov, Vətən müharibəsi zamanı cəbhəyanı bölgələrə səfərlər, məcburi köçkün icmalarında keçirilən sorğular barədə ətraflı məlumat verib.
Hesabat iclasında bir sıra QHT rəhbərlərinin çıxışları dinlənilib, qarşılıqlı maraq doğuran mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən İctimai Şuranın üzvlərinə Fəxri fərmanlar təqdim olunub.
Tədbirin sonunda xatirə şəkili çəkilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.