Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) fərqlənən bir qrup şagird və məzunlarla görüş keçirilib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva xüsusi istedadı ilə fərqlənən məktəbliləri təbrik edərək onlara uğurlar arzulayıb. İstedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daim həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmağın əsas hədəflərdən olduğunu deyən M.Vəliyeva bu istiqamətdə bir çox müsabiqələr və layihələrin təşkil edildiyini diqqətə çatdırıb.
M.Vəliyeva tədris ili ərzində istedadlı şagirdlərin seçilib müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən “Ən yaxşı təqdimat”, “Sabahın alimləri” müsabiqələri, Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası, Respublika Fənn Olimpiadaları və digər müvafiq tədbirlərin əhəmiyyətindən bəhs edib.
Görüşdə iştirak edən şagird və məzunlar göstərilən diqqətə görə təşəkkürlərini bildirib, daha böyük uğurlara imza atmaq üçün səylə çalışacaqlarını söyləyiblər.
Sonda xüsusi istedadı ilə fərqlənən şagird və məzunlara BŞTİ tərəfindən Təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.