AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müsabiqə qalibləri təltif olunub

  • + A
  • - A
  • 24-05-2021, 20:30


    Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Onlayn dərs” müsabiqəsinin qalibləri təltif olunub.

    İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəşarət Məmmədovun Azadmedia.az-a verdiyi məlumata görə müsabiqənin nəticələrinə əsasən, 12 onlayn dərs nümunəsi qalibinə diplom, 12 fərqlənən dərs nümunəsi sahibinə isə təşəkkürnamə təqdim olunub.

    BŞTİ-nin müdiri Mehriban Vəliyeva diplom və təşəkkürnamələri qaliblərə təqdim edib, onlara təbriklərini çatdırıb. Müsabiqənin əhəmiyyətini yüksək dəyərləndirən M.Vəliyeva hər bir müəllimin fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib, onlara uğurlar arzulayıb.

    Müəllimlər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da səylə çalışacaqlarını ifadə ediblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR