AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Onlar əsgər deyil, illərin peşəkarlarıdır”

  • + A
  • - A
  • 6-08-2021, 18:00


    “Bəli, insanlar elə düşünür ki, ora gedən heyət əsgərlərdən ibarətdir. Bu fikrin yaranmasına səbəb də onların formalarıdır. Amma bu, belə deyil. Ora göndərilənlər Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarıdır".

    “Azadmedia.az” Trend-ə istinadən xəbər verir ki, bu sözləri hərbi ekspert Emin Həsənli bildirib. O, son günlər sosial şəbəkələrdə iddia olunan fikirlərə aydınlıq gətirib: “Yazırlar ki, Türkiyədə baş verən yanğınları söndürmək üçün ölkəmizdən üz tutan heyət Fövqəladə Hallar Nazirliyinin əməkdaşları deyil, əsgərlərdir.

    Bu fikirlər yanlışdır. Onlar hərbçi deyil, öz vəzifələrini şərəflə yerinə yetirən mütəxəssislərdir və illərin peşəkarlarıdır. Hər il bir neçə dəfə təlimlər keçiblər və biz bu təlimləri izləmişik.

    honda.az

    Daha ətraflı

    Ölkəmizdə də dəfələrlə yanğınla mübarizə aparıblar. Həm binaların, həm də meşə yanğınlarının qarşısını yüksək səviyyədə alıblar.

    Bu xidmətin də özünün zabitləri, gizirləri, müddətdən artıq xidmət edənləri var. Qardaş ölkəyə də onların ən peşəkarları seçilərək göndərilib. Onlar bu gün öz vəzifələrini şərəflə yerinə yetirirlər”.

    Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyədə  olan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üç qrup Türkiyədədir. Növbəti qrup da bu gün qardaş ölkəyə yola düşəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR