AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub

  • + A
  • - A
  • 8-09-2021, 17:25

    Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub

    Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 8-də saat 15:14-dən etibarən internet səhifəsində yerləşdirib.
    DİM-dən Azadmedia.az-a verilən məlumata.görə Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
    Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
    Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat

    Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma
    Azərbaycan bölməsi Rus
    bölməsi Bölmələr üzrə cəmi faizi
    Dövlət ödənişsiz 4166 4019 112 4131 99.16
    Dövlət ödənişli 4983 4804 87 4891 98.15
    Özəl 300 280 20 300 100.00
    Cəmi 9449 9103 219 9322 98.66

    Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat
    Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma
    Azərbaycan bölməsi Rus
    bölməsi Bölmələr üzrə cəmi faizi
    Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar 8054 7900 154 8054 100.00
    Xüsusi qabiliyyət tələb edən ixtisaslar 1395 1203 65 1268 90.90
    Cəmi 9449 9103 219 9322 98.66

    Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.
    Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR