15 yaşlı qız sevgilisi Aqşinə görə özünü kanala atıb? - RƏSMİ
Xəbər verdiyimiz kimi, ötən günlərdə Ağcabədidə 16 yaşlı, Aqşin adlı yeniyetmə sevdiyi qızın başqasına verilməsi səbəbindən intihar etmişdi. Bu gün sosial şəbəkələrdə həmin qızın və onun anasının özünü kanala ataraq intihar etdiklərinə dair məlumatlar yayılıb.
DİN Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Unikal.org-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Bu barədə hüquq-mühafizə orqanlarına heç bir məlumat daxil olmayıb".