Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qızın ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Unikal.org-a açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.
Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Murad İbrahimli
***
09:42
Şəki rayonunun Dəhnə kəndində 16 yaşlı qız evləndirilib.
Unikal.org xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.
Yayılan məlumatlarda qızın 30 yaşlı oğlanla evləndiyi bildirilib.
DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Unikal.org-a bildirilib ki, hazırda yayılan görüntülərlə bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.