AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DİM tərəfindən təşkil olunan imtahanların keyfiyyəti Niderlandın RCEC təşkilatının auditindən uğurla keçib

  • + A
  • - A
  • 9-09-2021, 09:13

    DİM tərəfindən təşkil olunan imtahanların keyfiyyəti Niderlandın RCEC təşkilatının  auditindən uğurla keçib

    DİM tərəfindən təşkil olunan imtahanların keyfiyyəti Niderlandın RCEC təşkilatının auditindən uğurla keçib və DİM-ə müvafiq keyfiyyət nişanını əks etdirən sertifikat təqdim olunub
    Audit ISO 9001, ISO 17024, ISO 17065 və təhsilin qiymətləndirilməsinə dair beynəlxalq keyfiyyət standartları əsasında təşkil edilib
    Dövlət İmtahan Mərkəzi tərəfindən ölkəmizdə təhsil sahəsində qiymətləndirmənin təkmilləşdirilməsi və dünya standartlarına uyğunlaşdırılması, test imtahanlarının hazırlanması, təşkil edilməsi, nəticələrin yoxlanılması, təhlili, tədqiqat metodologiyası sahəsində biliklərin artırılması və beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
    DİM institusional inkişafını təmin etmək məqsədilə mütəmadi olaraq inkişaf layihələrinin təşkil edilməsinə, daxili nəzarət və auditin keçirilməsinə xüsusi önəm verir. Bu istiqamətdə beynəlxalq təşkilatların və DİM-in xarici tərəfdaşlarının təcrübələrinə, hesabat və tövsiyələrinə hər zaman müraciət edilir. Bir neçə dəfə qurumun fəaliyyətinin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən auditi də təşkil edilib.
    2021-ci ilin yanvar ayından etibarən növbəti dəfə Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi (RCEC – Research Centre for Examination and Certification) tərəfindən Dövlət İmtahan Mərkəzinin imtahanları təşkil etmə prosedurları – yoxlama-ölçmə materiallarının hazırlanması, imtahanların aparılması, imtahan nəticələrinin yoxlanılması və təhlili audit edilib.
    Auditin məqsədi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların təşkilinin keyfiyyətini və səmərəliliyini, atılan addımlar və prosesləri Beynəlxalq Standartlaşdırma Təşkilatı – ISO-nun standartlarına uyğun qiymətləndirmək və təkmilləşdirmək olub.
    Məlumat üçün bildirək ki, Dövlət İmtahan Mərkəzi RCEC tərəfindən təşkil edilən auditdən uğurla keçib.
    ISO 9001 (idarəetmənin keyfiyyəti), ISO 17024 (heyətin qiymətləndirilməsi), ISO 17065 (xidmətin qiymətləndirilməsi) və təhsilin qiymətləndirilməsinə dair beynəlxalq keyfiyyət standartları əsasında təşkil edilən auditin nəticəsi olaraq Dövlət İmtahan Mərkəzi RCEC-in keyfiyyət nişanını özündə əks etdirən sertifikatla təltif edilib.
    Qeyd edək ki, RCEC testlərin və imtahanların keyfiyyətinin qiymətləndirilməsini təmin edən beynəlxalq audit təşkilatıdır. Təşkilat həm də qiymətləndirmə qurumlarına imtahanların effektivliyinin artırılması və təkmilləşdirməsi üçün məsləhət xidməti də təklif edir.
    RCEC-in audit nəticəsində qurumu rəsmi keyfiyyət nişanı təltif etməsi Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanların ən yüksək keyfiyyət standartlarına cavab verməsinin sübutudur. Bundan əlavə, Dövlət İmtahan Mərkəzi postsovet ölkələrinin müvafiq qurumları arasında qeyd olunan keyfiyyət sertifikatı əldə edən yeganə təşkilatdır.
    Xatırladaq ki, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarının keyfiyyəti də 2006-cı ilin avqust ayında Təhsilin Qiymətləndirilməsi Xidməti (ETS – Educational Testing Service) tərəfindən audit edilmişdi və təşkilatın fəaliyyəti müsbət qiymətləndirilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR