AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin Qarabağda hərbi operativ qərargahları yaradılmalıdır - ÇAĞIRIŞ

  • + A
  • - A
  • 11-09-2021, 21:20



    "Türkiyənin Azərbaycanla birlikdə Qarabağda hərbi funksiya yerinə yetirəcək sülhə nəzarət mərkəzləri, operativ qərargahları yaradılmalıdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlı Rusiya sülhməramlılarının Qarabağda erməni mövqeyindən çıxış etməsi fonunda Türkiyənin bölgədə hərbi bazasının yaradılması məsələsinə toxunarkən deyib.

    Həmsöhbətimizin fikrincə, belə birgə nəzarət mərkəzləri Kəlbəcər, Laçın və Şuşada yaradılmalıdır:

    "Onlar bölgədə baş qaldıracaq bütün beynəlxalq hüquqa zidd addımlara birgə müqavimət göstərə, hətta zərurət yaranarsa, birgə hərbi əməliyyat da keçirə bilərlər. Mütləqdir ki, dediyim mərkəzlər ilk növbədə Ermənistanla sərhəddə, Kəlbəcər və Laçında yaradılsın. Təxribatların həmçinin Şuşa-Xankəndi arasında baş verdiyini nəzərə alaraq, üçüncü nəzarət mərkəzi burada da yaradılmalıdır”.

    Ekspert qeyd edib ki, Türkiyə Rusiya balansı formalaşmadan bölgədə sülh və əməkdaşlıq mühiti mümkün olmayacaq:

    "Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün Türkiyə Rusiya balansının olması strateji əhəmiyyət kəsb edir. Bunu 44 günlük müharibədə gördük. Ondan sonrakı proseslərdə də görürük ki, Rusiyanın Türkiyə tərəfindən balanslaşdırılması baş verməyincə bölgədə beynəlxalq hüquqa uyğun proseslər getmir. Nə vaxt ki, Ankara Moskvanı müəyyən dərəcədə balanslaşdırmağa nail olur, bu zaman beynəlxalq hüququn təmini istiqamətində də addımların atılmasının şahidi oluruq. Moskva özünü rəqibsiz görəndə isə bunun əksi baş verir. Ona görə də ilk növbədə Rusiyanın Türkiyə tərəfindən hərbi, siyasi, iqtisadi baxımdan balanslaşdırılması zəruridir. Təəssüf ki, Birgə Monitorinq Mərkəzi bu missiyanı öhdəsinə götürə bilmir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR