Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyannaməyə əsasən, Qarabağda atəşkəs rejiminə nəzarət edəcək Monitorinq Mərkəzi yaradılmalıdır.
Noyabrın 11-də Rusiya ilə Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq bir Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalayıblar. Türkiyə və Rusiya hərbçilərinin birgə fəaliyyəti göstərəcəyi Monitorinq Mərkəzi Azərbaycanın Ağdam şəhərində yerləşəcək.
Rusiya hərbi kontingenti Qarabağda yerləşsə də, Türk əsgərinin gəlişi gecikir.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Modern.az-a bildirib ki, irəlidəki günlərdə türk sülhməramlılarını Qarabağda görəcəyik:
“Bu məsələ ilə bağlı dəfələrlə Türkiyənin Müdafiə naziri Hulusi Akarın açıqlaması olub. Təbii ki, Türk ordusu Azərbaycana gedəcək, hətta lazım olan hazırlıqlar başa çatıb. Amma prosesin necə gedəcəyi hələ dəqiq deyil. İnşallah, irəlidəki günlərdə türk sülhməramlılarını həmin bölgədə görəcəyik”.
Milli Məclisin deputat Aydın Mirzəzadə qeyd edib ki, Türk ordusunun bölgəyə gələcəyi qətidir, bu məsələnin müzakirəyə ehtiyacı yoxdur:
“Azərbaycan, Türkiyə və Rusiya arasında bu barədə razılaşma var. Türkiyənin sülhməramlı qüvvələri Monitornq Mərkəzində təmsil olunacaq. Onların nə zaman gələcəyi isə dövlət qurumları tərəfindən açıqlanacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.