AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sığorta ilə ambulator müalicə üçün göndəriş ləğv edilə bilər - Şöbə müdiri

  • + A
  • - A
  • 19-12-2021, 15:15


    "Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirməsində medianın və vətəndaş cəmiyyətinin rolu" mövzusunda təlimdə İcbari Tibbin Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov tibbi ambulator xidmət üçün göndərişlə bağlı qaydalarda dəyişikliklərlə bağlı açıqlama verib.
    O, gələcəkdə hər hansı ambulator xidmət üçün göndəriş vərəqəsinin tələb olunmayacağını, vətəndaşların dövlət tibb müəssisəsində ambulator tibbi xidmət və müayinələrdən göndəriş vərəqəsinə ehtiyac olmadan keçəcəyini bildirib:

    "Stasionar xidmətə gəldikdə isə, ehtiyac yarandığı təqdirdə müayinə edən həkim və ya ərazi üzrə ilkin səhiyyə xidməti göndərişi təmin ediləcək və göndəriş əsasında planlı xidmətdən istifadə mümkün olacaq".

    Açıqlamada qeyd olunur ki, vətəndaş birbaşa göndərişsiz özəl tibb müəssisəsinə müraciət etdikdə və təcili tibbi xidmətə ehtiyac olduqda İTSDA ilə müqaviləsi olan tibb müəssisəsi agentliyə sorğu ünvanlayır və həmin xidmətlərin dövlət tibb müəssisəsində göstərilməməsi, yaxud Xidmətlər Zərfinə daxil olub-olmaması araşdırılır.

    Sonrakı mərhələdə isə xəstənin vəziyyəti qiymətləndirilərək həmin xəstəyə tibbi xidmətin göstərilməsi uyğun görülür. Lakin vətəndaş birbaşa özəl tibb müəssisəsinə hər hansı planlı əməliyyat və ya xidmətlər üçün müraciət etdikdə ona öz hesabına xidmətlər göstəriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR