AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SAHİBKARLARLA NÖVBƏTİ GÖRÜŞ MİNGƏÇEVİRDƏ KEÇİRİLƏCƏK

  • + A
  • - A
  • 24-01-2022, 13:47

    SAHİBKARLARLA NÖVBƏTİ GÖRÜŞ MİNGƏÇEVİRDƏ KEÇİRİLƏCƏK

    “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Birlikdən Azadmedia az-a daxil olan məlumata görə bu dəfə Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Mingəçevir şəhərində təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Mingəçevir şəhəri, Nəriman Nərimanov prospekti, Gənclər evinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” yanvarın 26-da saat 13:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR