Lənkəranda həkimlər fəryad edir. ASM adı ilə onları səhiyyə sistemindən təcrid ediblər.Lənkəran Rayonundan bir qrup həkim
Azadmedia.az vasitəsilə Prezident İlham Əliyevə, İTSDA və TƏBİB-ə nüraciət edərək hüquqlarının pozulduğunu bildirərək kömək istəyib.
Lənkəran Rayon Mərkəzi
Xəstəxanasının konsultativ poliklinik şöbəsində sahə həkimi işləyən bir qrup həkimi 2020-ci ildə Mərkəzi Xəstəxananın poliklinik şöbəsindən 4 km uzaqlıqda qapısında xəstə gəlişi üçün maşın yolu olmayan heç bir labarator,instrumental müayinələr olmayan, şəraitsiz, susuz, istiliksiz bir müəssisəyə köçürərək “Siz artıq ailə həkimlərisiniz” adıyla Rayon Mərkəzi Xəstəxanasından uzaqlaşdırıblar. Bir otaqda 3 həkim, 6 tibb bacısı olaraq yerləşdirilən bu müəssisədə həkim olaraq onların bütün səlahiyyətləri əllərindən alınıb.
Həkimlər bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İcbari Tibbi Sığorta üzrə Xidmətlər zərfindəki 10 yanvar 2020-ci ilə aid ən son qərarı ilə ailə həkimlərinin səlahiyyətləri haqqında qanun Lənkəran səhiyyəsində hal-hazırda heç bir əhəmiyyət kəsb etmir və icra edilmir. Lənkəran səhiyyəsi hal-hazırda bir iki vəzifəli şəxsin qoyduğu qanunlarla idarə olunur. Bir ali savadlı, hər 5 ildən bir serfikasiya imtahanı verən həkimlər Azadmedia.az-a müraciət edərək bu qanunsuzluqlara son qoyulmasını və özbaşınalıqların araşdırılmasını xahiş edir.
Ailə Sağlamlıq Mərkəzi hazırda yalnız ölən xəstələrin arayışlarını yazmaqla məşğuldur. Ölən insanların anketləri, hansı səbəbdən öldükləri barədə bütün məlumatlar RMX-nın poliklinik şöbəsində saxlandığı halda bu anketlər həkimkərə verilmədən qanunsuz olaraq ölüm haqda arayış yazmağa məcbur edilirlər. İcbari Tibbi Sığorta qaydalarına görə ailə həkiminin göndərişi ilə xəstələr pulsuz müayinə və müalicə edilir. Həkimlərin bildirdiyinə görə hazırda heç bir xəstə deyə bilməz ki, Lənkəranda İTS-in xidmətlər zərfindən yararlanıb. Ailə həkimi olaraq həkimlər vəzifələrinin alınması ilə bağlı müraciət etdikdə isə müdriyyət tərəfindən heç bir qanuni sənəd təqdim olunmayıb. İlk öncə poliklinika şöbəsinin müdiri Zair Axundov sizin səlahiyyətləriniz alındı dedikdə, həkimlər bunun hansı qərara görə edildiyini soruşduqda, o, bunun Taleh Məmmədov tərəfindən qərar verildiyini açıqlayıb. Həkimlər hüquqlarını tələb etmək üçün Taleh Məmmədova müraciət etdikdə, o məlumatının olmadığını söyləyib. ASM –in işləri ilə mən məşğul olmuram deyib həkimləri Malik Məmmədova yönlənib. Malik Məmmədov isə hələ təzə olduğunu və bu haqda heç bir məlumatının olmadığını söyləyərək onları baş həkim Əbülfət Məmmədova yönləndirib, Əbülfət doktor da öz növbəsində bu haqda məlumatsız olduğunu söyləyərək həkimləri ciddi qəbul etməyib. Səhiyyənin bu cür məsuliyyətsiz qərarlarının kimin tərəfindən verildiyi hələdə məlum deyil. COVİD 19 dövründə karantin xəstəxanalarında gecə gündüz çalışan, peyvəndləmə prosesində yaxından iştirak edən, COVİD-li xəstələrin müalicəsində, onlara dərman çatdırılmasında iştirak edən həkimlər səlahiyyətlərinin bərpasını tələb edir.
“Siz artıq ASM-in həkimisiniz xəstə müalicə edə bilməz, müayinəyə göndərə bilməzsiz” deyilən həkimlərin bunun nə dərəcədə doğru olduğunu bilmək haqqlarıdır.
Ailə həkimləri təhkim olunan hər xəstə üçün 16 azn illik həvəsləndirici bonusların da kimin cibinə getmısini bilmək, Mingəçevir, Yevlax, Quba rayonlarında icra edilən qanunların Lənkəranda da işləməsini istəyir.
İnanırıq ki həkimlərə qarşı haqsızlığa son qoyulacaq. Qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq.Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.