Bütün sahələrdə olduğu kimi nəqliyyat sahəsində də islahatlar gedir.
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Onun sözlərinə görə, yeni qərar qəbul olunub.
"Bu gün Nazirlər Kabinetində yeni əsasnamə hazırlanır, vəzifələr bölgüsü aparılır. Yəqin ki, müxtəlif strukturlar arasında vəzifə bölgüsü olacaq. Bakı Nəqliyyat Agentliyi artıq yeni formada fəaliyyətə başlayacaq. Hər halda əsasnamə hazır olandan sonra ictimaiyyətə təqdim olunacaq. İslahatlar dövrüdür və bu, təbii haldır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.