Nərimanov rayonunda şəhid anası vəfat edib.
Nərimanov bələdiyyəsindən verilən məlumata görə, bu gün rayon ərazisində yaşayan I Qarabağ müharibəsində şəhid olmuş Elşad Məmmədovun anası Məryəm Məhəmməd qızı Məmmədova xəstəlik səbəbindən dünyasını dəyişib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin şəxsi tapşırığı və dəstəyi, habelə Nərimanov bələdiyyəsinin təşkilatçılığı ilə şəhid anasının dəfn prosesi həyata keçirilib.
“Dədə Qorqud” qəbiristanlığında həyata keçirilən dəfn mərasimində şəhid anasının yaxınları çıxış edərək, Məryəm Məmmədovanın şəhid anası olaraq həmişə dövlətin diqqət və qayğısını öz üzərində hiss etdiyini bildiriblər.
Mərasimdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrinə göstərdiyi qayğı və diqqətdən, o cümlədən şəhid ailələrinin məişət qayğılarının həlli istiqmətində atılan addımlardan danışaraq Nərimanov rayonunda bu ənənənin də daim davam etdirildiyini qeyd edib.
Qeyd edək ki, I Qarabağ müharibəsinin qəhrəmanı Elşad Məmmədov Ağdam rayonunun Gülablı kəndində erməni silahlı qüvvələriylə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Şəhid Elşad Məmmədov 18 avqust 1992-ci ildə doğulduğu Şəki şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.