AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Dövlət Aqrar Universitetində yaz imtahan sessiyası başlayır

  • + A
  • - A
  • 2-06-2022, 22:34

    Azərbaycan Dövlət Aqrar Universitetində yaz imtahan sessiyası başlayır

    Azərbaycan Dövlət Aqrar Universitetində yaz imtahan sessiyası başlayır. Bu barədə ADAU-nun rektoru, akademik İbrahim Cəfərov şəxsi facebook səhifəsində məlumat verərək, tələbələrinə uğur arzulayıb. Azadmedia.az rektorun yazısını təqdim edir:
    "Dəyərli dostlar, əziz tələbələr, hörmətli professor-müəllim heyəti, valideynlər, KİV nümayəndələri, imtahan sessiyasının gedişi ilə maraqlanan sadə vətəndaşlar!
    Bu gündən 05 iyul 2022-ci il tarixinə qədər Azərbaycan Dövlət Aqrar Universitetində yaz imtahan sessiyası başlayır, artıq Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri elan edilmiş, İctimai Şura, imtahan appelyasiya komissiyası yaradılmış, imtahan sualları bir ay öncə bütün tələbələrə verilmişdir. İmtahanların qayda-qanunla, səffaf keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüş, profilaktiki işlər aparılmış, ayrı-ayrı vaxtlarda tələbələrlə görüşlər keçirilmiş, imtahan sessiyasının aparılması ilə əlaqədar onların irəli sürdükləri bütün təkliflər nəzərə alınmışdır. Boloniya prosesinin tələblərinə uyğun olaraq sessiya zamanı bütün imtahan formalarından, yəni 50% test, 25% yazılı və 25% şifahi istifadə ediləcəkdir. Bu barədə də tələbələrlə razılaşdırılma aparılmış və onlara müvafiq qrafiklər verilmişdir. Biz hüquqi demokratik cəmiyyətdə yaşayırıq və imtahan prosesi hər kəsə açıqdır, xüsusilə KİV nümayəndələrinin imtahan prosesini ədalətli işıqlandırması üçün bütün tələb olunan nüanslar nəzərə alınacaqdır. Sonda bizi izləyən hər kəsi, imtahan sessiyası ilə maraqlanan hər kəsi mövcud qanunlar çərçivəsində bizimlə bir yerdə olmağa səsləyirəm. Bütün tələbələrimə uğurlar arzulayıram!"










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR