AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Ermənistanın təxribatlarına istədiyi tərzdə cavab vermək hüququna sahibdir

  • + A
  • - A
  • 15-09-2022, 13:07

    Azərbaycan Ermənistanın təxribatlarına istədiyi tərzdə cavab vermək hüququna sahibdir

    Ermənistanın terrorçu xisləti heç kəsə sirr deyil. Təxribatlara görə məsuliyyət Ermənistan tərəfi üzərinə düşür. Ermənistanın 10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktı imzalaması və buna görə də Azərbaycan tərəfinin müharibəni dayandırması çox müsbət hal idi, çünkü müharibə davam etsəydi daha çox şəhid verərdik. Ermənistan tərəfinin yenidən təxribatlara əl atması hər zaman gözləniləndir, buna rəğmən 10 noyabr 2020-ci il tarixində Azərbaycan tərəfinin dayanması doğru qərar idi. Vətən (2-ci Qarabağ) müharibəsindən öncə 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmiş, lakin Ermənistan tərəfi bu 4 qətnamənin tələblərini icra etməmişdir. Eyni zamanda Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar da oxşar qərar və qətnamələri qəbul etmiş, lakin yenə də Ermənistan tərəfi bunların heç birinə məhəl qoymamışdır. Görünən odur ki, Ermənistan tərəfi Azərbaycana məxsus torpaqlardan müharibəsiz çıxmaq istəmir, öz itkiləri də veclərinə deyil. Əgər müharibə davam edərsə, yenidən məğlub olacaqlarını da yaxşı bilirlər. Bəs niyə hələ də sülh müqaviləsi imzalamağa razı deyillər? Etimal edərək düşünmək olar ki, dünya ölkələrinin onlara yardım edəcəklərinə "ümid" edirlər yəgin, təbii ki, bu boş ümid olaraq qalacaq. Çünkü Azərbaycanın daxili işinə kimsə qarışa bilməz. Ermənistan tərəfinin törətdiyi təxribatlar Azərbaycan torpaqlarında baş verir, o üzdən Azərbaycan tərəfi bu təxribatlara istədiyi tərzdə cavab vermək hüququna sahibdir. Bəzi ölkələr məsələyə ikili standartlarla yanaşır, sadəcə onların yanaşması daha çox mənəvi məsələdir, çirkin niyyətlərini ortaya qoyurlar, özlərini rəzil etməkdən başqa heçnəyə nail ola bilmirlər, bilməyəcəklər. Düşmən Ermənistanı dəstəkləyənlər, sadəcə ləyaqətdən kənar münasibət sərgiləməkdədirlər. Bu ləyaqətdən kənar davranışları ölkə daxili xəyanətkar (adını müxalifət qoymuş) qüvvələrdə sərgiləyir. Azərbaycan xalqı hər gün daha da möhkəm və yumruq kimi birləşir. Prezident İlham Əliyevin söylədiyi kimi: "Azərbaycan xalqı üçün ləyaqət qələbədən üstündür".

    Sadəcə Ermənistan tərəfi belə görünür öz möhkəmlənməsi üçün, toparlanması üçün qəsdən 10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktını imzalamışdır. Təbii ki, Azərbaycan tərəfi Ermənistanın bütün hiylə və təxribatlarını yaxşı anlamaq və layiqli cavablarını hər zaman vermək gücündədir. Azərbaycan üçün istənilən halda ən doğru qərar 10 noyabr 2020-ci il tarixində dayanmaq idi, çünkü Ermənistan kapitulyasiya aktına imza atmağa razılaşmışdı. Ermənistan kapitulyasiya aktını hansı niyyətlə imzalamışdırsa bunun heç bir önəmi nə o zaman üçün yox idi, nədə ki, indi üçün yoxdur. Sadəcə Azərbaycan tərəfinin bir məqsədi var idi, minimum şəhidlə müharibəni tez bir zamanda bitirmək və buna maksimum nail olmağıda bacardı. Hal-hazırda yenidən Ermənistan tərəfinin törətdiyi təxribat cavabsız qalmır. Ermənistan tərəfi Azərbaycanla müharibə, münaqişə vəziyyətində qaldığı müddətcə daim itirəcək, itirdiyi əsgərlərin sayıda daim çox olub və olacaqdır. Azərbaycan xalqı sadəcə bilməlidir ki, çox hiyləgər və təhlükəli düşməni var. Azərbaycan tərəfi beynəlxalq hüquqa tam uyğun şəkildə müharibə aparmış, müharibədən sonrakı dönəmlərdə də daim beynəlxalq hüququn prinsiplərini qorunmuş və qorumaqdadır, bütün dünya buna şahiddir və bu hər bir Azərbaycan vətəndaşının qürur duymalı olduğu bir məqamdır. Çünkü söhbət əsil insan ləyaqətindən gedir. Sadəcə səbirli olmaq, dövlət siyasətinə güvənmək lazımdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, Vətən bölünməz.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR