"Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olub.Bildiririk ki, İctimai Birlik “Şırvan zonasında həssas qruplardan olan qadın və qızların özünü məşğulluq proqramına cəlb olunması təşəbbüsləri - informasiya-treninq proqramı (Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonları) 01.10.2022-30.11.2022-ci il tarixlərində Şirvan regionunun Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında icra edəcək.
Layihə çərçivəsində qeyd olunan rayonların həssas qruplarından olan qadın və qızların öz bizneslərini təkcə aqrobiznes sahəsində deyil, eyni zamanda məişət xidməti, ticarət, iaşə xidməti və kənd turizminin inkişafı sahəsində də şəxsi təşəbbüsləri və maraqlarını nəzərə almaqla kiçik və orta sahibkarlığın inkişafı üçün bilik və bacarıqlarını yüksəltməyə diqqəti artırmağa ehtiyac vardır və bu layihəni həyata keçirməklə region həsas qruplardan olan qadın və qızların bilik və bacarıqlarının artırılmasına ehtiyac vacibliyini nəzərə almaq lazımdır.
Bu problemin qismən həll edilməsi üçün biz bu layihəni həyata keçirməyə start veririk.
Azərbaycanda, xüsusilə də regionlarda həssas qruplardan olan qadın və qızların, ümumiyətlə, əhalinin rifah halının yaxşılaşdırılması və işsizliyin azaldılması problemləri hələ də mövcuddur. Bu problemin həlli mexanizmlərdən biri iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı üçün uzunmüddətli proqramın həyata keçirilməsi əsas şərtlərdəndir.
Elə buna görə də layihə çərçivəsində region qadınları və qızları üçün informasiya-treninq proqramı təşkil olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.